ProcessX ProcessX

İstifadəçi şərtləri

Son yenilənmə: 14.10.2026

Bu sənəd "ProcessX" platformasından (bundan sonra — "Platforma", "Xidmət") istifadə şərtlərini müəyyən edir. Platforma Bakuvi Solutions ("biz", "Şirkət") tərəfindən təqdim olunur. Platformaya qeydiyyatdan keçməklə və ya ondan istifadə etməklə siz bu şərtlərlə razılaşmış sayılırsınız. Razı deyilsinizsə, xahiş edirik Platformadan istifadə etməyin.

1. Xidmətin təsviri

ProcessX — kooperativlər və digər növ müəssisələr üçün sənəd dövriyyəsi (o cümlədən çoxaddımlı təsdiq zəncirləri), tapşırıq idarəetməsi, ticket (dəstək/İT sorğuları) sistemi, komanda daxili mesajlaşma, vəzifə/şöbə bölgüsü, işçi performans izlənməsi, Telegram bot inteqrasiyası və abunəlik əsaslı ödəniş idarəetməsini birləşdirən çoxmüştərili (multi-tenant) bulud (SaaS) platformasıdır.

2. Hesab və qeydiyyat

Platformadan istifadə üçün müəssisəniz adından bir hesab yaratmalısınız. Qeydiyyat zamanı verdiyiniz məlumatların (müəssisə adı, əlaqə məlumatları, administrator hesabı) düzgün və aktual olmasına görə siz məsuliyyət daşıyırsınız. Müəssisə administratoru (org_admin) öz təşkilatı daxilində digər istifadəçi hesabları yarada, onlara rol/vəzifə təyin edə və girişi idarə edə bilər — bu istifadəçilərin hərəkətlərinə görə məsuliyyət müəssisənin özünə aiddir.

Hesabınızın məxfiliyini (şifrə daxil olmaqla) qorumaq sizin məsuliyyətinizdədir. Hesabınızla bağlı icazəsiz istifadə şübhəsi yaranarsa, dərhal bizə məlumat verməlisiniz.

3. İstifadəçi məzmunu

Platformaya yüklədiyiniz sənədlər, mesajlar, tapşırıq/ticket məlumatları və digər məzmun ("İstifadəçi Məzmunu") sizə və ya müəssisənizə məxsus olaraq qalır. Platformadan istifadə etməklə siz bizə bu məzmunu YALNIZ Xidməti göstərmək məqsədilə (saxlama, emal, nümayiş, bildiriş göndərmə və s.) məhdud lisenziya verirsiniz. Biz İstifadəçi Məzmununu sizin razılığınız olmadan üçüncü tərəflərə satmırıq və ya kommersiya məqsədilə istifadə etmirik.

Qanunsuz, hüquqları pozan və ya zərərli məzmun yükləməməyi öhdənizə götürürsünüz. Bu cür məzmun aşkar edildikdə, hesabınızı dayandıra bilərik.

4. Abunəlik və ödənişlər

Platformanın bəzi funksiyaları ödənişli abunəlik tələb edir. Ödənişlər Platformada göstərilən müddət (aylıq/illik) üçün tutulur və etibarlı ödəniş provayderi (E-Point / "Bakuvi Ödəniş Qovşağı") vasitəsilə həyata keçirilir — kart məlumatlarınız Platformamızda saxlanılmır, birbaşa ödəniş provayderi tərəfindən emal olunur. Abunəlik müddəti bitdikdə və ya ödəniş uğursuz olduqda, hesabınıza giriş məhdudlaşdırıla bilər. Geri ödəmə şərtləri ayrıca razılaşma ilə müəyyən edilir.

5. Telegram bot inteqrasiyası

İstəyə görə, hesabınızı Telegram botumuza bağlaya bilərsiniz ki, tapşırıq/ ticket/sənəd bildirişlərini və əsas əməliyyatları (qəbul etmək, tamamlamaq, statistikaya baxmaq və s.) Telegram üzərindən idarə edəsiniz. Bu, tamamilə könüllüdür və istənilən vaxt bağlantını ləğv edə bilərsiniz.

6. Xidmətin fasiləsizliyi

Platformanın fasiləsiz və xətasız işləməsinə çalışırıq, lakin texniki xidmət, yeniləmə və ya öncədən görülməyən hallar səbəbindən qısa müddətli fasilələr ola bilər. Mümkün qədər əvvəlcədən xəbərdar etməyə çalışırıq.

7. Məsuliyyətin məhdudlaşdırılması

Platforma "olduğu kimi" təqdim olunur. Qanunla icazə verilən həddə, biz Platformanın istifadəsindən yaranan dolayı, təsadüfi və ya nəticə etibarilə yaranan zərərlərə görə məsuliyyət daşımırıq. Bu, İstifadəçi Məzmununun itirilməsi riskini azaltmaq üçün müntəzəm ehtiyat nüsxəsi (backup) saxlamaq tövsiyəsini ləğv etmir.

8. Şərtlərə dəyişikliklər

Bu şərtləri vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə Platforma daxilində və ya email ilə məlumat veriləcək. Dəyişiklikdən sonra Platformadan istifadəni davam etdirmək yeni şərtlərlə razılaşdığınız mənasına gəlir.

9. Əlaqə

Bu şərtlərlə bağlı suallarınız üçün: info@bakuvisolutions.az

Məxfilik siyasətinə baxın →