Məxfilik siyasəti
Son yenilənmə: 14.10.2026
Bakuvi Solutions ("biz") olaraq, "ProcessX" platformasından ("Platforma") istifadə edən müəssisələrin və onların işçilərinin şəxsi məlumatlarının məxfiliyinə önəm veririk. Bu sənəd hansı məlumatları topladığımızı, necə istifadə etdiyimizi və necə qoruduğumuzu izah edir.
1. Topladığımız məlumatlar
Platformadan istifadə zamanı aşağıdakı məlumat kateqoriyaları toplanır:
- Hesab məlumatları: ad, email, telefon, vəzifə, şöbə, rol.
- Müəssisə məlumatları: müəssisə adı, sahəsi, ünvanı, əlaqə məlumatları, loqo.
- İstifadəçi Məzmunu: yüklədiyiniz sənədlər, yaratdığınız tapşırıq/ticket qeydləri, kanal mesajları və qeydlər.
- Ödəniş məlumatları: abunəlik və ödəniş tarixçəsi (kart nömrəsi kimi həssas ödəniş məlumatları Platformamızda SAXLANILMIR — bunlar birbaşa lisenziyalı ödəniş provayderi tərəfindən emal olunur, bizə yalnız əməliyyatın nəticəsi (uğurlu/uğursuz) və son 4 rəqəm kimi maskalanmış kart identifikatoru ötürülür).
- Texniki məlumatlar: giriş vaxtı, IP ünvanı, brauzer növü — təhlükəsizlik və xəta diaqnostikası məqsədilə server qeydlərində (log) saxlanıla bilər.
- Telegram məlumatları (könüllü): botu qoşduqda, Telegram chat ID-niz hesabınızla əlaqələndirilir ki, bildirişlər göndərilə bilsin.
2. Məlumatlardan necə istifadə edirik
- Platformanın əsas funksiyalarını (sənəd/tapşırıq/ticket idarəetməsi, mesajlaşma, bildirişlər) göstərmək üçün;
- Hesabınızı doğrulamaq və təhlükəsizliyi təmin etmək üçün;
- Dəstək sorğularınıza cavab vermək üçün;
- Abunəlik və ödəniş əməliyyatlarını idarə etmək üçün;
- Xidməti təkmilləşdirmək və texniki problemləri aşkarlamaq üçün.
Şəxsi məlumatlarınızı marketinq məqsədilə üçüncü tərəflərə satmırıq.
3. Məlumatların paylaşılması
Məlumatlarınızı yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşırıq:
- Ödəniş əməliyyatlarını həyata keçirmək üçün lisenziyalı ödəniş provayderi ilə (yalnız əməliyyat üçün zəruri məlumat);
- Bildiriş göndərmək üçün Telegram (yalnız siz botu özünüz qoşduqda);
- Email göndərmək üçün email xidməti provayderi ilə;
- Qanunla tələb olunduqda müvafiq dövlət orqanları ilə.
Müəssisə daxilində məlumatlarınız (ad, vəzifə, tapşırıq/ticket fəaliyyəti) həmin müəssisənin administratoruna və iyerarxiyaya uyğun səlahiyyəti olan digər işçilərə (birbaşa rəhbəriniz və s.) görünə bilər — bu, Platformanın əsas iş prosesinin (idarəetmə, hesabatlıq) bir hissəsidir.
4. Məlumatların saxlanması və təhlükəsizliyi
Məlumatlarınız şifrələnmiş bağlantılar (HTTPS) üzərindən ötürülür, şifrələr heç vaxt açıq mətn şəklində saxlanılmır (bir-tərəfli hash alqoritmi ilə qorunur). Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır; hesab silindikdə, qanuni saxlama öhdəlikləri (məsələn, mühasibat/ödəniş qeydləri) istisna olmaqla, məlumatlar silinir.
5. Kukilər (cookies)
Platforma yalnız sessiyanın işləməsi üçün zəruri olan texniki kukilərdən (giriş sessiyası, CSRF qoruması) istifadə edir — reklam və ya izləmə məqsədli üçüncü tərəf kukiləri istifadə olunmur.
6. Sizin hüquqlarınız
Öz şəxsi məlumatlarınıza baxmaq, onları düzəltmək və ya silinməsini tələb etmək hüququna maliksiniz. Bu tələbləri müəssisənizin administratoru vasitəsilə (profil tənzimləmələri) və ya birbaşa bizimlə əlaqə saxlamaqla həyata keçirə bilərsiniz.
7. Uşaqların məlumatları
Platforma biznes/korporativ istifadə üçün nəzərdə tutulub və 18 yaşdan aşağı şəxslərdən şüurlu şəkildə məlumat toplamır.
8. Siyasətə dəyişikliklər
Bu siyasəti vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə Platforma daxilində məlumat veriləcək.
9. Əlaqə
Məxfilik siyasəti ilə bağlı suallarınız üçün: info@bakuvisolutions.az